Şafak Sezerin son halı gündəm oldu: "Botoksun dozası qaçıb" - FOTO

Hazırda oxunan: Şafak Sezerin son halı gündəm oldu: "Botoksun dozası qaçıb" - FOTO

610478

Məşhur türkiyəli komediya ustası Şafak Sezerin son görüntüləri sosial mediada böyük müzakirələrə səbəb olub.

Bizim.Media xəbər verir ki, "Kutsal Damacana", "Maskeli Beşler" və "Kolpaçino" kimi məşhur layihələrin müəllifi və aktyoru olan Şafak Sezer həm verdiyi çəkilər, həm də üz cizgilərindəki fərqliliklərlə yenidən diqqət mərkəzinə düşüb.

Sosial media istifadəçiləri aktyorun son görüntülərinə "botoksun dozası qaçıb" və "mimikaların yox olub" kimi şərhlər yazıblar.

Haqqında çıxan "yağ aldırdı" və "8 gündə 8 kilo verdi" iddialarına Şafak Sezer özünəməxsus zarafatla cavab verib:

Komediyaçı bu iddiaları, "Bizim evdə elə bir alət var, gedirəm 8 gündə 8 dəfə şişib gəlirəm" sözləri ilə qarşılayıb.

Şafak Sezer son olaraq "Ketenpere Dalavere" filmi ilə tamaşaçı qarşısına çıxıb. (Milli.Az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin