85 yaşlı Flora Kərimovanın səhhəti pisləşdi: "İki ay əvvəl..."

Hazırda oxunan: 85 yaşlı Flora Kərimovanın səhhəti pisləşdi: "İki ay əvvəl..."

610194

"İki ay əvvəl evdə yıxıldım, qolum sındı".

Bizim.Media xəbər verir ki, bunu “teleqraf.az”a açıqlamasında Xalq artisti Flora Kərimova səhhətindən danışarkən deyib.
 

"Başım gicəlləndi, yerə yıxıldım, nəticədə qolum zədələndi. Uzun müddət əziyyət çəkdim, iki ay oturaq vəziyyətdə yatmalı oldum. İndi vəziyyətim yavaş-yavaş yaxşılaşır. Hər gün səhhətimdəki müsbət dəyişiklikləri hiss edirəm və bu məni ruhlandırır. Artıq əlimi tədricən daha sərbəst hərəkət etdirə bilirəm, əvvəlkindən daha yaxşıyam", - Xalq artisti əlavə edib.


Qeyd edək ki, Flora Kərimovanın 85 yaşı var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin