"Sürgünler" serialı ilə məşhurlaşan türkiyəli gənc aktyor Oktay Çubuk xaricdə olarkən infarkt keçirib.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Portuqaliyaya anası Nilhan Çetinyamaç Çubuku ziyarət etməyə gedən aktyorun qəfil ürəyi dayanıb.
Məlumata görə, dərhal xəstəxanaya aparılan O.Çubuk ürəyi dayandıqdan sonra yenidən həyata qaytarılıb. İlkin müdaxilədən sonra həyatı təhlükəsi olmayan 30 yaşlı aktyor reanimasiya şöbəsinə aparılıb.
Müayinələri davam edən və əvvəllər ürək xəstəliyinin olmadığı aşkarlanan Çubuk müalicəsini bir müddət davam etdirəcək.
Qeyd edək ki, Oktay Çubuk "Ah Nerede", "Aşk Ağlatır" və "Bir Nefes Daha" kimi layihələrlə məşhurlaşıb.



Bizim.Media








































































































