Ötən gün Zaur Kamalın ARB kanalında yeni layihəsinin yayımlanacağı barədə məlumat yayılıb. Yayılan xəbərdə Zaur Kamal verilişi özünün aparacağını rəsmi şəkildə təsdiqləmişdi.
Daha sonra kanalın direktor müavini Vüsalə Vəliyeva açıqlama verərək yeni layihənin olacağını, lakin Zaurun efirdə olmayacağını bildirmişdi.
Bizim.Media Manset.az-a istinadən xəbər verir ki, ARB-də Zaur Kamalın verilişinin yerinə yayımlanacaq layihənin adı “Axşam 7"də olacaq.
Proqramı tanınmış xanəndə, “Xalq ulduzu” yarışmasının iştirakçısı Gülzar Fərəcova aparacaq.
Verilişin konsepsiyası milli musiqinin daha geniş təbliği və keçmişdən bu günə qədər qorunan adət-ənənələrin tanıdılmasına yönələcək.
Qeyd edək ki, ötən ay tanınmış aparıcılar Zaur Baxşəliyevin təqdimatında olan “Bizimləsən” və Zaur Nəbioğlunun “Rəngarəng” verilişləri, eləcə də, Xoşqədəm Hidayətqızı və Zaur Kamalın proqramları efirdən çıxarılıb.

Bizim.Media

- A-
- A
- A+
Şoutaym
15:13 / 28.04.2026
Zaur Kamalın yerinə verilişi o aparacaq - FOTO
Hazırda oxunan: Zaur Kamalın yerinə verilişi o aparacaq - FOTO
Hazırda oxunan: Zaur Kamalın yerinə verilişi o aparacaq - FOTO
609905
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































