Cennifer Lopezin ideal forması hamını heyran etdi – FOTO

Hazırda oxunan: Cennifer Lopezin ideal forması hamını heyran etdi – FOTO

609579

Cennifer Lopez sosial şəbəkədə paylaşdığı fotolarla diqqət çəkib.

Bizim.Media xəbər verir ki, 56 yaşlı müğənni və aktrisa səhər məşqindən sonra ideal formasını nümayiş etdirib.
 

Lopez dərin sinə dekolteli qısa ağ sviterin altından qara idman formasında və ağ idman ayaqqabısında kamera qarşısına keçib. Fotolarda o, qarın əzələlərini xüsusi vurğulayaraq fit görünüşü ilə seçilib.


Paylaşımın altında onun uzun illərdir birgə çalışdığı məşqçisi Treysi Anderson da rəy yazıb.

“Bu qarın əzələləri!!!” - deyə o, emosional şəkildə qeyd edib.

Xatırladaq ki, 2023-cü ildə Lopez Los-Ancelesdə keçirilən Daytime Beauty Awards mükafatlandırma mərasimində Treysi Andersona fitnes sahəsində xüsusi nailiyyət mükafatı təqdim etmişdi.

Müğənni çıxışında məşqçisinin yanaşmasının unikallığını və işinə illərlə sadiq qaldığını xüsusi vurğulamışdı.

Town & Country nəşrinin məlumatına görə, Andersonun məşqləri kifayət qədər bahadır. Belə ki, qeydiyyat haqqı təxminən 1500 dollar təşkil edir. Bundan əlavə, VIP zallara giriş üçün illik ödəniş də tələb olunur.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin