“Elgizin, Xoşqədəmin verilişini bağlamaq islahatdır?”

Hazırda oxunan: “Elgizin, Xoşqədəmin verilişini bağlamaq islahatdır?”

609486

“Bu həftə vaxtım oldu, efirə baxdım. Hansı islahatlar aparılıb, anlamadım. Elgizin, Xoşqədəm Baxşəliyevanın verilişini bağlamaq islahatdır?”.

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı İlhamiyyə Rza sosial şəbəkədə yazıb. Aparıcı telekanallarda yayımı dayandırılan verilişlərdən söhbət açıb:
 

“Əvvəla eyni tipli verilişlər qalıb və bu ayrıseçkilikdir, ədalətsizlikdir. İkincisi də, başqa  uzaqlaşdırılan aparıcılarla bağlı birmənalı deyə bilmərəm, amma istər Elgizin, istərsə də Xoşqədəm Baxşəliyevanın aparıcılıq tərzlərini, işgüzarlıqlarını görməzdən gəlmək olmaz. Onları başqa layihələrdə niyə görməyək ki?  


Əcəb işdir, həmin o sosial verilişlərin gətirdiyi gəlirlərə, reytinqlərə şərik olan TV-lər qalıb öz yerlərində, işdən uzaqlaşdırılan, "ştrafnoya" düşənsə ancaq aparıcılardır.

Axı narazılıq verilişin məzmunundan, orda baş verənlərdən idi. Buna isə tək aparıcılar qərar vermir ki, efirdə baş verənlərə görə ilk növbədə kanal rəhbərləri məsuliyyət daşıyır. Niyə problem şəxsiləşdirilir? Efirdə keyfiyyətsiz şou adamları yenə də var, düşük süfrəarxası söhbətlər yenə də davam edir. Nə dəyişib? 

P.S. Yeganə razı qaldığım məqam əxlaqsız və kriminal ailədaxili olayların müzakirəsinin qismən (tam yox) dayandırılmasıdır”. (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin