Bir müddət öncə efirdə qalmaqal yaşayan müğənnilər Nüşabə Musayeva ilə Ofelya Şabanova barışıb.
Bizim.Media xəbər verir ki, Nüşabə Ofelyanın qardaşının yas mərasimində gedib.
Ofelya ilə videosunu paylaşan Nüşabə “Allah qazi qardaşına rəhmət etsin. Yanındayam” şərhini yazıb.
Ofelya isə Musayevaya “Nüşabə, çox sağ ol ki, bu günümdə yanımda oldun. Allah cəmi ölənlərinə rəhmət eləsin. Allah balanı, nəvəni xəta-bəladan qorusun” – deyərək cavab verib.
Qeyd edək ki, N. Musayeva Ofelya üçün “Heç kəs danmır ki, sənin sənətin var. Amma sən zirvədə deyilsən. Mənim rəqslərim sənin sənətindən daha üstündür. Sənin mahnılarından qat-qat çox izlənilir. Bir addımım, rəqsim sənin sənətindən çox yüksəklərdədir”, - açıqlamasını vermişdi.
Sara, Bizim.Media































































































