Model Valentina İvanova reper Timatinin Avropa İttifaqı tərəfindən sanksiya siyahısına daxil edilməsinə görə narahat olub.
Bizim.Media xəbər verir ki, bu barədə “Svita korolya” adlı Telegram kanalı məşhurun rəfiqəsinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, İvanova bir neçə saat ağlayıb və ailəvi səyahətlər planlarının pozulmasından məyus olub:
“Valya saatlarla ağladı. O, birlikdə səyahət etməyi, qızlarına dünyanın gözəlliklərini, Disneylendi göstərməyi arzulayırdı. Deyir ki, bu, çox ədalətsizdir — Timatinin digər uşaqları hər şeyi görüb, amma Emma indi yalnız atasız uça biləcək”, — deyə insayder bildirib.
Bildirilir ki, Timati sevgilisinə bu məsələni “həll edəcəyinə” söz verib.
Xatırladaq ki, daha əvvəl Timati Avropa İttifaqının onu “qara siyahı”ya salmasına belə reaksiya vermişdi:
“Bir çox məmurlardan fərqli olaraq, mənim Qərbdə hesablarım və ya Aİ-də daşınmaz əmlakım yoxdur və heç vaxt olmayıb. Ona görə də mənim üçün fərqi yoxdur”.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
12:32 / 24.04.2026
Timati ilə bağlı qərar sevgilisini göz yaşlarına BOĞDU
Hazırda oxunan: Timati ilə bağlı qərar sevgilisini göz yaşlarına BOĞDU
Hazırda oxunan: Timati ilə bağlı qərar sevgilisini göz yaşlarına BOĞDU
609082
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































