Depressiyaya qarşı şok üsul – Xəstələrə rəsmən “tok” veriləcək

Hazırda oxunan: Depressiyaya qarşı şok üsul – Xəstələrə rəsmən “tok” veriləcək

639221

Depressiyanın müalicəsində dərmanlarla yanaşı, elektrik və maqnit təsirinə əsaslanan üsullardan da istifadə ediləcək.

Bizim.Media xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyi rekurrent depressiv pozuntu zamanı tibbi yardımın göstərilməsi ilə bağlı yeni standart təsdiqləyib.

Yeni standartda elektrokonvulsiv terapiya, transkranial maqnit stimulyasiyası, elektropunktura və digər prosedurlar nəzərdə tutulub. Sənəd 2022-ci ildən qüvvədə olan əvvəlki standartı əvəz edir.
 

Lakin depressiyadan əziyyət çəkən bütün xəstələrə avtomatik şəkildə “tok” verilməyəcək. Elektrokonvulsiv terapiya ilk növbədə əvvəlki müalicə mərhələlərinin nəticə vermədiyi, terapiyaya davamlı depressiya hallarında nəzərdə tutulur.


Bu prosedur zamanı beyinə nəzarətli şəkildə qısa elektrik impulsu verilir. Müasir tibbdə elektrokonvulsiv terapiya anesteziya və həkim nəzarəti altında həyata keçirilir.

Yeni standart depressiyanın ağırlığına, xəstəliyin gedişinə və əvvəlki müalicənin nəticələrinə uyğun olaraq müxtəlif terapiya üsullarının seçilməsini nəzərdə tutur. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin