Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ

Hazırda oxunan: Bəxtiyar İsmayılov vəzifəsindən azad olundu: Nazir müavini TƏYİN EDİLDİ

639214

Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinə yeni müavin təyin olunub.

Bizim.Media “plat.az”a istinadən xəbər verir ki, muxtar respublikanın Baş nazirinin sentyabrın 28-də imzaladığı sərəncamla Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan MR səhiyyə nazirinin müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, B.İsmayılov əmək fəaliyyətinin ilk dövründə yerli icra hakimiyyəti orqanı və Naxçıvan MR Ali Məclisində çalışıb. O, müxtəlif illərdə muxtar respublikanın Dövlət Statistika Komitəsinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəhbərlik edib.B.İsmayılov bu təyinata qədər Naxçıvanda Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin