60 yaşı olan Xalq artisti qızı ilə bağlı arzusundan yazdı

Hazırda oxunan: 60 yaşı olan Xalq artisti qızı ilə bağlı arzusundan yazdı

609018

"Allahın mənə bəxş etdiyi ömürə çox şükür olsun. Yaşımı çox sevirəm. Yaşım mənim illərimdir, xatirələrimdir, həyatdakı addımlarımdır, uğurumdur, sevincimdir, büdrəyib sonra zərif çiyinlərimdə daşıdığım ağır yüklərlə ayağa qalxmağımdır. Hər addımım mənə həyatı, insanları öyrətdi. Öyrəndikcə də qəlbimdə bəzi insanlara güvənim azaldı, təəssüflər olsun".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova sosial şəbəkədə yazıb.

Ad günü olan aktrisa təəssüratlarını bölüşüb:

"Qəlbim həyata qarşı sevgi ilə döyünür. Həyatı, yaşamağı sevirəm. 37 ildir səhnədə yaratdığım obrazlarla sevilən sənətkaram. Çox şükür, əsil insanam. Şöhrət mənim insani keyfiyyətlərimi dəyişmədi, yenə də kövrək, duyğusal, səmimi, saf ruhumla illərimi sizin alqışlarınızla və şükür etməyimlə addımladım. Böyük göründüm, amma balaca dünyam var idi. Məni işıqlı göstərən nurum və səhnədə yaratdığım obrazlardır.
 

Həyatdan güc almışam. Həyatı, yaşamağı sevmişəm. Həyat mənim ücün işıqlı, rənglidir, çüx şükür, Allah mənə bu hissləri verib. Çox zənglər, təbrik mesajları gəlir. Bu, səhnədəki Məleykəyə olan sevgidir. Bu istedadı mənə Allah verib. Nə qədər şükür etsəm yenə azdır. 17 yaşında atasını itirən, tək köməksiz Məleykəni ucalara qaldıran gözəl Allahımdır.


Nə yaxşı ki, doğulmuşam, nə yaxşı ki, siz tamaşacılar varsınız. Nə yaxşı ki, məni həyata bağlayan, yaşamaq eşqi verən qızım var. Allahdan arzum sağlam can və qızımın xoş günlərini görmək, bacılarımın sağlamlığı və xətadan, bəladan, pis ruhlu, mərdimazar insanlardan uzaq olmağımdır. Kim mənə nə arzu edirsə Allah onlara 10 qatını versin".

Qeyd edək ki, M.Əsədovanın Gülər adlı bir qız övladı var. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin