Repçi Timati (Timur Yunusov) Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 14-cü sanksiya paketi çərçivəsində onu "qara siyahı"ya salmasına reaksiya verib.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, bu barədə musiqiçidən açıqlamanı "Mash" teleqram kanalı alıb.
"Bir çox məmurlardan fərqli olaraq, mənim Qərbdə hesablarım və Aİ-də daşınmaz əmlakım yoxdur və heç vaxt da olmayıb. Ona görə də bu, vecimə də deyil", — deyə o bildirib.
Avropa İttifaqı Timatiyə qarşı sanksiyaların səbəbi kimi repçinin Ukraynadakı müharibəni və Krımın Rusiya ilə birləşməsini dəstəkləməsini, habelə Rusiya prezidenti Vladimir Putinin seçkiqabağı kampaniyasında iştirakını göstərib.
Bizim.Media































































































