Hollivud aktyoru Vatikanı qarət edəcək? – ŞOK SSENARİ

Hazırda oxunan: Hollivud aktyoru Vatikanı qarət edəcək? – ŞOK SSENARİ

608896

Hollivud aktyoru Benedikt Kamberbetç Papa seçkisi zamanı Vatikanı qarət etməyi planlaşdıran oğru obrazını canlandıracaq.

Bizim.Media xəbər verir ki, layihə yazıçı Nik Brukerin “White Smoke” romanı əsasında hazırlanır.

Ekranlaşdırma hüquqlarını isə A24 studiyası əldə edib. Bu barədə Deadline məlumat yayıb.
 

Bildirilib ki, kitab hələ nəşr olunmayıb və yalnız gələn il işıq üzü görməsi gözlənilir. Buna baxmayaraq, ekranlaşdırma hüquqları əvvəlcədən alınıb. Qeyd olunur ki, bu, Hollivudda getdikcə daha çox yayılan praktikadır.


Məlumata görə, Benedikt Kamberbetç layihədə təkcə baş rolu canlandırmayacaq, həm də prodüser kimi çıxış edəcək.

Süjet yeni Papanın seçildiyi konklav zamanı Vatikanın ən qiymətli xəzinələrini ələ keçirməyə çalışan dələduzlar və oğrular qrupundan bəhs edir.

Rəsmi sinopsisə əsasən, ekran işi “katolik kilsəsinin tam mərkəzində, konklav vaxtı fəaliyyət göstərən hiyləgər fırıldaqçılar” haqqında hekayə olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin