Bu aktrisanın çəkildiyi səhnə filmdən çıxarıldı

Hazırda oxunan: Bu aktrisanın çəkildiyi səhnə filmdən çıxarıldı

608888

Hollivud aktrisası Sidni Suini “Şeytan Prada geyinir 2” filminin yekun versiyasında yer almayacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Entertainment Weekly məlumat yayıb. Bildirilib ki, 28 yaşlı aktrisanın çəkildiyi səhnə montaj mərhələsində filmdən çıxarılıb.

Məlumata görə, bu qərar yaradıcı səbəblərlə verilib və epizod filmin ümumi strukturuna uyğun hesab olunmayıb.

Mənbələrin sözlərinə görə, çəkiliş qrupu Sidni Suiniyə iştirakına görə minnətdarlıq edib və səhnənin çıxarılması qərarı asan verilməyib.

Filmin ABŞ-də premyerası mayın 1-nə planlaşdırılıb.

Qeyd edək ki, Sidni Suini filmdə qısa epizodik rolda görünməli idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin