Tatlıses vəsiyyətini AÇIQLADI: “Bütün sərvətimi dövlətə bağışladım” - VİDEO

Hazırda oxunan: Tatlıses vəsiyyətini AÇIQLADI: “Bütün sərvətimi dövlətə bağışladım” - VİDEO

608723

Övladları ilə problemləri gündəm olan “İmperator” ləqəbli müğənni İbrahim Tatlıses vəsiyyətini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, bu gün xəstəxanadan evə buraxılan ifaçı jurnalistlərin suallarını cavablandırıb. 

Tatlıses bütün mal-mülkünü dövlətə miras qoyduğunu deyib:
 

“Mirasımı dövlətə bağışladım. Heç birinə qəpik də qoymayacağam. Bəzilərinə görə digərləri də pis vəziyyətdə qalır. Mənə pul atamdan qalmayıb, öz əziyyətimlə qazanmışam. Sataram, dağıdaram, kimə nə? “İbrahim Tatlıses” deyəndə bütün qapılar açılır, amma bundan istifadə etməyi bacarmadılar”.


Qeyd edək ki, İ. Tatlıses böyük oğlu Ahmet Tatlıses və qızı Dilan Çıtak Tatlıses küsülüdür. Bir müddət öncə əməliyyat olunan ifaçının oğlu və qızı ilə xəstəxanada barışdığı deyilmiş, lakin sonradan tərəflər arasında münasibətlər yenidən korlanmışdı.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin