Bakıda tamaşaçılara hörmətsizlik edən Çelikdən AÇIQLAMA – FOTO

Hazırda oxunan: Bakıda tamaşaçılara hörmətsizlik edən Çelikdən AÇIQLAMA – FOTO

608269

Şənbə günü Bakıda konsert verən türkiyəli müğənni Çelik onunla foto çəkdirmək istəyən tamaşaçıları itələməsi və ona verilən çiçəkləri qəbul etməməsinə aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, “İnstagram” hesabında paylaşım edib.

Müğənni hədiyyə qəbul etməməklə bərabər foto çəkdirməyi də sevmədiyini bildirib.
 

“Məni sevən və izləyən hər kəs bilir ki, 40 ildir hədiyyə qəbul etmirəm və şəkil çəkdirməyi xoşlamıram. Mümkün qədər bundan qaçıram. Bunun müxtəlif səbəbləri var. Uşaqlığıma aid fotomun olmaması, o zaman fotoaparatın, foto çəkdirmək üçün geyimlərin olmaması məndə dərin iz buraxıb.


Digər səbəb isə odur ki, 58 yaşında biri olaraq uzun yol və hazırlıqlardan sonra səhnəyə çıxıb, bir çox müğənnidən fərqli olaraq 2 saat boyunca canlı ifa etmişəm. Bunun üçün də qan-tər içində oluram. Bu vəziyyətdə insanlara toxunmaqdan çəkinirəm” – deyə o qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin