Anası və bacısını öldürən şəxs yenidən hakim qarşısına çıxır

Hazırda oxunan: Anası və bacısını öldürən şəxs yenidən hakim qarşısına çıxır

600059
Bakı Apellyasiya Məhkəməsində anasını və bacısını qətlə yetirməkdə təqsirləndirilən Murad Niftizadənin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
 
Hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 
Məhkəmənin növbəti iclası martın 2-nə təyin edilib.
 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Murad Niftizadə 20 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, hadisə 2019-cu ilin dekabrında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.
 
İttiham aktına əsasən, M.Niftizadə anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni şəxsi münasibətlər zəminində qətlə yetirib.
 
Hadisədən sonra M.Niftizadə Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adamöldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
 
O, Rusiyada tutularaq Azərbaycana ekstradisiya olunub. /Pravda.az/
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin