Mərkəzi Bankdan manatla bağlı növbəti addım -Video

Hazırda oxunan: Mərkəzi Bankdan manatla bağlı növbəti addım -Video

80931
Mərkəzi Bank kommersiya banklarına manatla vəsait ayıracaq və banklar bu pulu ancaq kreditləşməyə sərf etməli olacaqlar. 


Moderator.az-ın xəzər xəbərə istinadən məlumatına görə, həmin vəsaitin valyuta mübadiləsinə yönləndirilməsinə icazə verilməyəcək. 

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə rəhbəri Raca Almarzoqinin sözlərinə görə, bu addım Azərbaycan iqtisadiyyatının daha sürətli artımı üçün böyük önəm daşıyır.

Mütəxəssislər bildirir ki, banklar kreditləri aktivlərində olan əmanətlərə görə verdiyindən və əmanətlərin əksəriyyətinin də sürətlə dollara çevrilməsindən manatla kredit dayandırılıb. Mərkəzi Bankın bu addımla dövriyyədən çıxan həmin pulları geri qaytaracaq. 

Mərkəzi Bankın sahibkarlığın inkişafı üçün ayırdığı vəsaitlər Azərbaycanın ümumi daxili məhsulunda da ilin sonuna qədər böyük rəqəmlərlə müşahidə olunacaq. 

Raca Almarzoqi Ümumi Daxili Məhsulun 66 milyard manat olacağının gözlənildiyini bildirib. İqtisadçıları isə Mərkəzi Bankın bu məsələdə ehtiyatlı siyasət yeritməsinin önəmli olduğuna diqqət çəkirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin