Müharibə YENİDƏN ALOVLANIR - Bu dəfə 40 günə bitməyəcək...

Hazırda oxunan: Müharibə YENİDƏN ALOVLANIR - Bu dəfə 40 günə bitməyəcək...

611969

ABŞ ilə İran arasında atəşkəs pozulub. Belə ki, Hörmüz boğazı ətrafında dünən tərəflər arasında müəyyən toqquşmalar baş verib. 

ABŞ Mərkəzi Komandanlığının məlumatına görə, “USS Truxtun” (DDG 103), “USS Rafael Peralta” (DDG 115) və “USS Mason” (DDG 87) esminesləri beynəlxalq dəniz keçidindən keçərkən İran qüvvələri çoxsaylı raketlər, dronlar və kiçik qayıqlarla onlara hücum edib.
 

MÖVZU İLƏ BAĞLI:

Hörmüzdə ƏMƏLİYYATLAR BAŞLADI – ABŞ və İrandan qarşılıqlı zərbələr – VİDEO


ABŞ qüvvələri İranın bu hücumunun qarşısını alıb və qarşı tərəfə özünümüdafiə zərbələri ilə cavab verib.

Bildirilir ki, hücum zamanı ABŞ-nin heç bir obyektinə zərbə endirilməyib.

Tehran isə atəşkəsi ABŞ-nin pozduğunu bildirib.

İran Vaşinqtonu Cask şəhəri yaxınlığında İran tankerinə atəş açmaqda ittiham edib. Onlar həmçinin qeyd ediblər ki, ABŞ bir neçə regional ölkə ilə əməkdaşlıq çərçivəsində Qeşm adasında və İranın cənubundakı bir sıra sahil bölgələrində mülki hədəflərə hücum edib.

Yaxın Şərqdə müharibə yenidən alovlanır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib ki, toqquşmanın yenidən başlaması ehtimalı böyükdür:

“Savaş bitməyib. Daha da qızışacaq. İki gün əvvəl İran Birləşmiş Ərəb Əmirliyini (BƏƏ) raket atəşinə tutub. BƏƏ isə ABŞ-nin müttəfiqidir. Belə olan vəziyyətdə isə eskalasiyanın yenidən artacağı gözlənilən idi”.

Politoloq qeyd edir ki, atəşkəs olsa da, tərəflər arasında düşmənçilik ritorikası yüksək olaraq qalır:
 

“Belə vəziyyətdə isə kiçik bir qığılcım müharibənin yenidən alovlanmasına gətirib çıxara bilər. İran tərəfi Çindən müəyyən yardım alandan sonra özünü daha təhlükəli göstərmək istəyib. ABŞ-da cavab zərbəsilə onu yerində otuzdurub.


Yaranmış vəziyyət onu deməyə əsas verir ki, tərəflər arasında müharibə yaxın dövrdə yenidən alovlanacaq. Bu ehtimal böyükdür. Özü də bu dəfə başlanan müharibə İran tam çökdürülənə qədər davam edəcək”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin