Əfsuslar olsun ki, Ermənistanda hələ də Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var və onlar bu istiqaməti seçkiqabağı kampaniya zamanı açıq şəkildə nümayiş etdirirlər.
Bizim.Media xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarət edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri ölkənin siyasi gələcəyi baxımından əhəmiyyət daşıyır:
"Faktiki olaraq hökumətin formalaşması bu seçkilərin nəticələrindən asılıdır və orada gərgin mübarizə gedir. Fərqli siyasi qruplar seçkiqabağı kampaniya dövründə müxtəlif vasitələrdən istifadə edir. Əfsuslar olsun ki, Ermənistanda hələ də Azərbaycana qarşı revanşist düşüncəli şəxslər var və onlar bu istiqaməti seçkiqabağı kampaniya zamanı açıq şəkildə nümayiş etdirirlər".
C. Bayramov vurğulayıb ki, Azərbaycan regionda lider dövlət kimi milli maraqlarına uyğun siyasət yürütməyə davam edəcək:
"Azərbaycan dövləti prosesləri diqqətlə izləyir və siyasətini, ilk növbədə, Azərbaycanın milli maraqları əsasında qurur".
Bizim.Media

- A-
- A
- A+
Siyasət
11:15 / 10.05.2026
Ermənistanda Azərbaycana qarşı revanşizm nümayiş etdirilir - Ceyhun Bayramov
Hazırda oxunan: Ermənistanda Azərbaycana qarşı revanşizm nümayiş etdirilir - Ceyhun Bayramov
Hazırda oxunan: Ermənistanda Azərbaycana qarşı revanşizm nümayiş etdirilir - Ceyhun Bayramov
612280
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































