Fitso Zelenskinin mesajını Putinə çatdırdı: "Aydın cavab aldım..."

Hazırda oxunan: Fitso Zelenskinin mesajını Putinə çatdırdı: "Aydın cavab aldım..."

612229

Fitso Putinə Zelenskinin Rusiya prezidenti ilə görüşməyə hazır olduğunu bildirib.Slovakiyanın Baş naziri Robert Fitso Rusiya Prezidenti Vladimir Putinə Ukrayna lideri Volodimir Zelenskinin onunla görüşməyə hazır olduğunu deyib.

Bizim.Media bu barədə "RİA Novosti"yə istinadla xəbər verir.

"Mən Rusiya prezidentinə Zelenskidən ismarıc çatdırdım. O, bazar ertəsi Ermənistanda keçirilən şəxsi görüşümüz zamanı Vladimir Putinlə istənilən formatda görüşməyə hazır olduğunu bildirdi", — deyə siyasətçi bildirib.

Fitsonun dediyinə görə, o, aydın bir cavab alıb: "əgər Volodimir Zelenski görüşdə maraqlıdırsa, o, Rusiya prezidenti ilə telefon vasitəsilə əlaqə saxlamalıdır",

Qeyd edək ki, mayın 9-da Ukrayna Prezidenti Ofisinin müşaviri Sergey Leşşenko bəyan edib ki, Zelenski Vladimir Putinlə hər yerdə görüşməyə hazırdır, lakin Moskvada yox. O, bunu Moskvanın Kiyevə düşmən olan dövlətin paytaxtı olması ilə izah edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin