DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

Hazırda oxunan: DYP cərimələrinin endirimlə ödənilməsi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

612226

DYP cərimələrini 35 faiz endirimlə ödə... Qarşınıza çıxan belə paylaşımlara aldanmayın

Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, onlayn platformalarda yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrin guya endirimlə ödənilməsi ilə bağlı müxtəlif paylaşımlar yayılır.

Həmin səhifələri idarə edən şəxslər bildirirlər ki, yol hərəkəti qaydalarını pozmağa görə gələn cərimlərin məbləğində guya endirim etmək mümkündür.
 

Apardığımız müşahidələr göstərir ki, belə saxta paylaşımlara inanların sayı az deyil. Bəzi hallarda vətəndaşlar göstərilən kart hesablarına pul köçürsələr də, cərimələr təbii ki, silinmir. Buna baxmayaraq, yenidən həmin dələduzların kartına köçürmə edənlər olur.


Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, qeyd olunan internet səhifələrinin rəsmi ödəniş sistemləri ilə heç bir əlaqəsi yoxdur.

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssilər də vətəndaşları diqqətli olmağa çağırır. Bildirilir ki, bu kimi halların məqsədi vətəndaşları aldadaraq maddi və şəxsi məlumatlarını ələ keçirməkdir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin