Macarıstanın yeni səhiyyə naziri Jolt Heqedyuş vəzifəyə başlaması münasibətilə məşhurlaşan rəqsini yenidən ifa edib.
Bizim.Media xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, Heqedyuş bu rəqsi Peter Madyarın yeni hökumətinin fəaliyyətə başlaması münasibətilə edib.
Qeyd olunur ki, nazirin rəqsi Madyarın seçkilərdə qələbəsinin elan edilməsindən sonra internetdə məşhurlaşmışdı.
Görüntülər istifadəçilər tərəfindən maraqla qarşılanıb.
Bizim.Media





































































































