Ağdam rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, hadisə “Hyundai” və “VAZ-2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində qeydə alınıb.
İlkin məlumata görə, qəza zamanı 4 nəfər həyatını itirib, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media







































































































