Şəhərsalma mühitinin inkişafında Heydər Əliyevin əvəzolunmaz töhfələri xüsusi əhəmiyyətə malikdir, çünki bir ölkənin yaşayış məkanlarının, kənd, qəsəbə və şəhərlərinin simasının dəyişməsi uzunmüddətli inkişaf strategiyasının necə həyata keçirildiyi haqqında fikir formalaşdıran əsaslardan biridir.
Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı məqaləsində yer alıb.
Bildirilib ki, strateji yanaşmanın ilkin təzahürləri Ulu Öndərin respublikamıza 1969-1982-ci illəri əhatə edən ilk rəhbərliyi dövründə aydın şəkildə müşahidə olunmuşdur:
“Həmin illərdə sənayeləşmə prosesinin sürətləndirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və infrastrukturun genişləndirilməsi istiqamətində mühüm addımlar atılmış, ölkə əhəmiyyətli obyektlərin tikintisi geniş vüsət almışdır. Həyata keçirilən strateji xəttin mahiyyətində ölkənin yaşayış məkanları üzrə balanslı inkişafı, sənaye və sosial infrastrukturun paralel şəkildə qurulması, həmçinin milli memarlıq irsinin müasir urbanizasiya prosesinə inteqrasiyası kimi fundamental prinsiplər də dayanmışdır. Ulu Öndərin şəhərsalma və memarlığa olan münasibəti onun dövlət quruculuğu fəlsəfəsinin məntiqindən irəli gəlirdi".
Bizim.Media

- A-
- A
- A+
Siyasət
10:53 / 10.05.2026
Şəhərsalma mühitinin inkişafında Heydər Əliyevin əvəzolunmaz töhfələri xüsusi əhəmiyyətə malikdir - Samir Nuriyev
Hazırda oxunan: Şəhərsalma mühitinin inkişafında Heydər Əliyevin əvəzolunmaz töhfələri xüsusi əhəmiyyətə malikdir - Samir Nuriyev
Hazırda oxunan: Şəhərsalma mühitinin inkişafında Heydər Əliyevin əvəzolunmaz töhfələri xüsusi əhəmiyyətə malikdir - Samir Nuriyev
612275
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































