4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

Hazırda oxunan: 4 BÜRC üçün sevgi qapıdadır: kritik TARİX

612234

16-19 may tarixləri arasında səma hadisələri münasibətlərdə sürətli başlanğıcları və güclü cazibəni tətikləyir. Enerji dəyişimi ilə birlikdə bu 4 bürc üçün emosional dərinlik, etibar və qalıcı bağ qurmaq istəyi ön plana çıxacaq.

Bizim.Media xəbər verir ki, astroloji təsirlər mayın ortalarında xüsusilə dörd bürc üçün münasibətlər, flört və emosional yaxınlıq sahəsində hərəkətli bir prosesdən xəbər verir.

Astroloqların fikrincə, həmin bürclər bunlardır:

Qoç

Qoçlar üçün bu dövr yüksək enerji, cəsarət və təşəbbüskarlıq gətirir. Marsın təsiri ilə münasibətlər qəfildən başlaya bilər; ani cazibə və güclü ilk təəssürat bu dövrün əsas xüsusiyyətidir. Qoçlar cəmiyyət içində daha nəzərəçarpan və diqqətçəkən bir enerji yayacaqlar.

Əkizlər

Əkizlər bürcü üçün ünsiyyət və flört enerjisi olduqca güclüdür. Veneranın təsiri ilə maraqlı söhbətlər, yazışmalar və intellektual uyğunluq üzərindən sürətli yaxınlaşmalar baş verə bilər. Bu dövrdə sosial mühitlər və yeni tanışlıqlar taleyüklü rol oynayacaq.

Buğa

Buğalar üçün 19 maydan sonra sabitlik və etibar axtarışı daha qabarıq şəkildə dövrəyə girir. Başlanğıcda yaranan ötəri hisslərin daha ciddi və möhkəm münasibətlərə çevrilmə potensialı var. Hisslərə və qarşılıqlı güvənə əsaslanan bağlar daha da güclənəcək.

Xərçəng

Xərçəng bürcləri üçün emosional dərinlik və yaxınlıq ehtiyacı artır. Veneranın təsiri ilə səmimiyyət, istilik və bağ qurmaq istəyi ön plana çıxır. Bu dövr münasibətlərdə daha mehriban, qayğıkeş və qoruyucu bir atmosfer yarada bilər.

Astroloqlar bildirir ki, bu enerji dəyişimi təkcə yeni münasibətlər üçün deyil, həm də mövcud əlaqələrin möhkəmlənməsi üçün böyük fürsətdir. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin