İsrailin Livana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 2795-ə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi açıqlamasında bildirib.
Nazirliyin Fövqəladə Hallar Mərkəzinin məlumatına görə, martın 2-dən indiyədək davam edən hücumlarda, ümumiyyətlə, 8586 nəfər yaralanıb.
İsrail qüvvələri aprelin 16-da on gün müddətinə elan olunan atəşkəsi pozaraq Livanın cənubuna hücumlarını davam etdirir. Atəşkəs aprelin 23-dən etibarən üçhəftəlik müddətə uzadılıb.
Hazırda beynəlxalq təşkilatlar və regional tərəflər gərginliyin aradan qaldırılması və münaqişənin sülh yolu ilə həllinə çağırış edirlər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
06:17 / 10.05.2026
Bugünədək Livanda öldürülənlərin SAYI
Hazırda oxunan: Bugünədək Livanda öldürülənlərin SAYI
Hazırda oxunan: Bugünədək Livanda öldürülənlərin SAYI
612238
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































