Prezidentlə Şükürbəyli kənd sakini arasında DİALOQ - VİDEO

Hazırda oxunan: Prezidentlə Şükürbəyli kənd sakini arasında DİALOQ - VİDEO

612222

Xəbər verdiyimiz kimi mayın 9-da Prezident İlham Əliyev Cəbrayıl rayonunun Şükürbəyli kəndinə səfər edib. Səfər zamanı dövlət başçısı kəndə köçən sakinlərlə görüşüb, evlərin açarları təqdim olunub.

Bizim.Media xəbər verir ki, açarların təqdimetmə mərasimi zamanı Prezidentin sakinlərdən biri ilə olan dialoqu maraqla qarşılanıb:

İlqar Seyidalıyev: Cənab Prezident, çox sağ olun, çox var olun ki, bu gün burada iştirak edirsiniz. Bizim ən əlamətdar günlərimizdən biridir. Yoldaşım da buradadır, bu gün bizim toy günümüzdür.

Prezident İlham Əliyev: Təbrik edirəm!

İlqar Seyidalıyev: 34 il əvvəl bu kənddə, - ikinci ev mənim atamın evidir, - orada çadır qurub toy etmişik. Mən fəxr edirəm ki, Siz bizim toy günümüzdə Mehriban xanımla birgə iştirak etmisiniz.

Prezident İlham Əliyev: Biz gedəndən sonra yəqin ki, qeyd edəcəksiniz.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin