Robert Fitso İlham Əliyevin Avropa Parlamenti ilə bağlı mövqeyini dəstəklədi - VİDEO

Hazırda oxunan: Robert Fitso İlham Əliyevin Avropa Parlamenti ilə bağlı mövqeyini dəstəklədi - VİDEO

612268

Slovakiyanın Baş naziri Robert Fitso Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Parlamenti ilə bağlı mövqeyini açıq şəkildə dəstəkləyib.

Bizim.Media xəbər verir ki, Fitso mayın 9-da Rusiyadan qayıdarkən hökumət təyyarəsinin göyərtəsindən videomüraciət yayıb.

O, Moskva, İrəvan və Bavariyaya səfərlərindən danışdıqdan sonra Azərbaycan mövzusuna toxunub.

Fitso bildirib ki, İrəvanda Bakının suveren siyasətinin şahidi olub: “Əliyev Avropa Parlamentini sərt tənqid etdi və bu, həqiqət idi”.

Slovakiyanın Baş naziri vurğulayıb ki, Avropa Parlamenti ilk növbədə Avropanın problemləri ilə məşğul olmalıdır:

“Bizim problemlərimiz kifayət qədərdir. Avropa Parlamenti başqalarının işlərinə qarışmamalıdır”.

Fitso əlavə edib ki, eyni mesajı Avropa Parlamentinin Slovakiya üçün fondları dayandırmaq cəhdləri ilə bağlı da ünvanlayır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin