Növbəti mövsüm daha bir azərbaycanlı futbolçu legioner həyatı yaşaya bilər. Söhbət hazırda Premyer Liqaya yüksəlməyə çox yaxın olan “Şəfa”nın futbolçusu İbrahim Əliyevdən gedir.
Bizim.Media xəbər verir ki, böyük ölçüdə I Liqanın çempionu olacaq paytaxt klubunun qışda “İmişli”dən transfer etdiyi 27 yaşlı hücumçu karyerasını xaricdə davam etdirməyə yaxındır.
Əliyevə Şimali Makedoniyanın “Başkimi” klubundan təklif var. Hələlik futbolçunun meneceri ilə ilkin təmas qurulub və yaxın vaxtlarda rəsmi danışıqlara başlanılması gözlənilir.
Hazırda I Liqada mübarizə aparan “Başkimi” 40 xalla 12 komanda arasında 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, İbrahim Əliyev qışda “Şəfa” ilə 5 ay + 1 illik müqavilə imzalayıb. Hazırda 54 xalla ən yaxın izləyicisi “Səbail”i 5 xal qabaqlayan “Şəfa” 26-cı turda “Cəbrayıl”ı məğlub edəcəyi təqdirdə çempionluğu rəsmiləşdirəcək.
Bizim.Media

- A-
- A
- A+
İdman
23:07 / 09.05.2026
Azərbaycanlı futbolçu Şimali Makedoniya klubuna keçir
Hazırda oxunan: Azərbaycanlı futbolçu Şimali Makedoniya klubuna keçir
Hazırda oxunan: Azərbaycanlı futbolçu Şimali Makedoniya klubuna keçir
612232
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































