Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Avropa Günü münasibətilə yayımladığı müraciətdə Avropa Birliyinin Türkiyəyə ehtiyacının daha böyük olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, Ərdoğan qlobal miqyasda davam edən müharibələr, siyasi böhranlar və iqtisadi çətinliklərin Avropa Birliyini daha əhatəli və birləşdirici siyasət yürütməyə məcbur etdiyini deyib.
Türkiyə lideri vurğulayıb ki, AB-yə namizəd ölkə olan Türkiyə bu prosesin əsas və əvəzolunmaz hissəsi olaraq qalır.
“Bu gün gəlinən nöqtədə Türkiyənin layiq olduğu yeri almadığı Avropa memarlığının natamam qalacağı və böhranları idarə etmək imkanlarında zəiflik yaşayacağı açıqdır”, - deyə Ərdoğan bildirib.
Türkiyə Prezidenti əlavə edib ki, Avropa Birliyinin Türkiyəyə ehtiyacı, Türkiyənin Birliyə olan ehtiyacından daha çoxdur və gələcəkdə bu ehtiyac daha da artacaq.
Bizim.Media

- A-
- A
- A+
Region
09:48 / 10.05.2026
Ərdoğan Avropanın “ən zəif nöqtəsini” açıqladı
Hazırda oxunan: Ərdoğan Avropanın “ən zəif nöqtəsini” açıqladı
Hazırda oxunan: Ərdoğan Avropanın “ən zəif nöqtəsini” açıqladı
612260
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































