Ceyhun Bayramov: “Hazırda Ermənistan sərhədində delimitasiya prosesi davam edir”

Hazırda oxunan: Ceyhun Bayramov: “Hazırda Ermənistan sərhədində delimitasiya prosesi davam edir”

612274

Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya prosesi üzrə işlər davam etdirilir.

Bizim.Media xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarət edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, delimitasiya-demarkasiya prosesi uzunmüddətli və texniki xarakter daşıyan məsələdir:

"Bu, qısa müddət ərzində baş verən proses deyil. Burada çox texniki məsələlər var və işlər davam edir".
 

Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin aprelin 29-da Ermənistana səfər etdiyini xatırladan nazir bildirib ki, görüş zamanı sonrakı işlərin prosedur və reqlamentini müəyyən edən üç sənəd razılaşdırılıb.


C. Bayramov xatırladıb ki, daha əvvəl Ermənistan nümayəndə heyəti ötən ilin noyabrında Qəbələdə keçirilən görüşdə iştirak edib:

"Proses gedir və düşünürəm ki, növbəti aylarda da bunun şahidi olacağıq". (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin