"Samsung" şirkəti Çin bazarında televizor və məişət texnikasının satışını dayandırdığını elan edib.
Şirkət bu qərarı "sürətlə dəyişən bazar şərtləri" və elektronika bazarında dominant mövqe tutan yerli Çin brendlərinin artan təzyiqi ilə əsaslandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə "GizmoChina" nəşri məlumat yayıb.
"Samsung"un Çindəki rəsmi saytında artıq satışların dayandırılması barədə bildiriş yerləşdirilib. Bununla belə, şirkət mövcud müştərilərə servis dəstəyi və satışdan sonrakı xidmət göstərməyə davam edəcəyini bildirib.
Məhdudiyyətlərə televizorlar, monitorlar, soyuducular, paltaryuyan və quruducu maşınlar, kondisionerlər, tozsoranlar və hava təmizləyiciləri daxil edilib.
"Samsung" smartfonları hələ də Çin bazarında satışda qalacaq, hərçənd şirkətin mobil biznesi də yerli istehsalçılar və "Apple" tərəfindən ciddi təzyiqlə üzləşir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:35 / 09.05.2026
"Samsung" Çində televizor satışını dayandırdığını rəsmən ELAN ETDİ
Hazırda oxunan: "Samsung" Çində televizor satışını dayandırdığını rəsmən ELAN ETDİ
Hazırda oxunan: "Samsung" Çində televizor satışını dayandırdığını rəsmən ELAN ETDİ
612228
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






































































































