“İran atılan dronlarla bağlı məsələnin araşdırılması barədə Azərbaycana söz verib”

Hazırda oxunan: “İran atılan dronlarla bağlı məsələnin araşdırılması barədə Azərbaycana söz verib”

612273

İran tərəfi atılan dronlarla bağlı məsələnin ciddi araşdırılması barədə Azərbaycan tərəfinə söz verib.

Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

“Bu hadisə baş verən kimi Azərbaycan tərəfindən dərhal buna reaksiyası olmuşdur. Bundan sonra İran tərəfi ilə çoxsaylı təmaslarımız olub. İran İslam Respublikasının Prezidenti tərəfindən Azərbaycan Prezidentdə zəng olub.
 

Mənim bu məsələ ilə bağlı İran xarici işlər naziri ilə telefon danışıqlarım olub. İran tərəfinin yanaşması ondan ibarətdir ki, bu dronla İran tərəfindən atılmayıb üçüncü ölkələrin təxribatı həyata keçirib.


Onlar bu məsələnin ciddi araşdırılması barədə Azərbaycan tərəfinə söz veriblər. Indiki mərhələsi məsələ ilə bağlı vəziyyət belədir”, - deyə XİN başçısı qeyd edib. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin