Müğənni Lətifə formada qalma sirrini bölüşüb.
Bizim.Media xəbər verir ki, sənətçi sağlam qidalandığını deyib.
O bildirib ki, son günlər xeyli çəki atması çoxlarını təəccübləndirib:
"Əvvəlcə beyində nələrisə dəyişin. Yeməyə qarşı münasibətiniz dəyişməlidir, əks halda nə etsəniz də, kökələcəksiniz. Sadəcə, kalorilərinizi sayın. Kilonuza uyğun kalori qəbul edin. Əməliyyat etdirməmişəm, arıqlayandan sonra bu haqda düşünməmişəm. Bu, uzun vaxt tələb edir. Mənim isə hələ belə vaxtım yoxdur".
Alış-verişi çox sevən Lətifə aldığı bahalı brendlərdən də danışıb:
"Bəzən özümə sual verirəm ki, alım və ya yox. Baxıram, seçirəm, mənə mütləq lazım olduğuna əmin olub alıram. Moda sərgilərinə çox baxıram, nəsə bəyənirəmsə, sifariş edirəm və ya gözləyirəm brend mağaza onu gətirsin dərhal alım.
Çanta almaqdan doymuram. Evdə brend çantalardan yer yoxdur. Ən çox çanta alıram. Geyimlərimi də tez-tez dəyişirəm. Amma çantaya mütləq pul verirəm. Heç bir stilistlə çalışmıram. Çünki bəzən yanlış yol göstərirlər". (axşam.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
21:35 / 09.05.2026
Bütün pulunu brend çantalara xərcləyir - VİDEO
Hazırda oxunan: Bütün pulunu brend çantalara xərcləyir - VİDEO
Hazırda oxunan: Bütün pulunu brend çantalara xərcləyir - VİDEO
612218
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































