Kiyev dil siyasəti üzrə koordinasiya şurası yaratmaq qərarına gəlib. Bu qurumun fəaliyyəti Ukrayna dilinin maraqlarına xidmət etməyə və rus dili ilə mübarizəyə yönəldiləcək.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın dil ombudsmanı Yelena İvanovskaya "Kiyev 24" telekanalının efirində məlumat verib.
Onun sözlərinə görə, Ukrayna dili hazırda qlobal çağırışlarla üzləşib, buna görə də Mədəniyyət Nazirliyi dilin ölkədə təşviqi ilə bağlı öhdəliklərin yerinə yetirilməsində çətinlik çəkir.
"Dil siyasəti üzrə koordinasiya şurasının yaradılmasını təşəbbüs etdik. Mənə elə gəlir ki, bu, aktual problemlər üçün qərarların qəbul ediləcəyi bir qərargah olmalıdır", — deyə Yelena İvanovskaya bildirib.
İvanovskaya qeyd edib ki, şuraya Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Şurası və Təhsil Nazirliyinin nümayəndələri daxil olmalıdır.
Ombudsmanın planına əsasən, yeni struktura mədəniyyət naziri rəhbərlik etməlidir.
O vurğulayıb ki, qurumun rus dili əvəzinə Ukrayna dilini millətlərarası ünsiyyət dili etməlidir.
Bizim.Media






































































































