Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, "Mercedes Sprinter" markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb.
İlkin məlumata əsasən, qəza nəticəsində 20-yə yaxın şəxs xəsarət alıb. Yaralılar Yevlax və Mingəçevir şəhərlərində yerləşən tibb müəssisələrinə çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır. (Apa.az)
Bizim.Media







































































































