Neft Fondu: Ucuz neft strateji valyuta ehtiyatlarını azaldıb

Hazırda oxunan: Neft Fondu: Ucuz neft strateji valyuta ehtiyatlarını azaldıb

142723
2015-ci ildə Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) strateji valyuta ehtiyatları 38 milyard 590,8 milyon  dollar səviyyəsində olub. 

Bu barədə  SOFAZ-ın 2015-ci ildə fəaliyyəti haqqında hesabatına istinadən xəbər verir. 

İl ərzində strateji valyuta ehtiyatlarında 12 milyard 271,6 milyon dollar həcmində və ya 24,1% azalma müşahidə edilib.

Bu azalma enən neft qiymətlərinin Azərbaycan manatının məzənnəsinə mənfi təsirlərinin qarşısını almağa çalışan AMB-nin çoxmilyardlı valyuta intervensiyaları ilə bağlı olub. 

Ehtiyatların 87%-i və ya 33,57 milyard dolları Neft Fondunun vəsaitlərinin payına düşüb. 

Hesabat ilində SOFAZ-ın valyuta ehtiyatları dollar ifadəsi ilə 9,5% və ya 3,53 milyard dollar həcmində azalaraq, ilin sonuna 33,57 milyard dollar təşkil edib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin