“Əlaçı”nın qalibi Qusar məktəblisi oldu – FOTO

Hazırda oxunan: “Əlaçı”nın qalibi Qusar məktəblisi oldu – FOTO

612163

Qusar şəhərində yerləşən B.Ağaverdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Tural Araz oğlu Sultanov “Əlaçı” bilik yarışmasının qalibi olub.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Tural Sultanov ötən il 9-cu siniflərin buraxılış imtahanlarında 271 bal toplayaraq yüksək nəticə göstərib.

O, eyni zamanda 9-cu sinif şagirdləri arasında keçirilən “BilBacar” intellektual bilik yarışmasının respublika final mərhələsində II yerə layiq görülüb.

Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Əlaçı” yarışması İctimai Televiziyanın efirində yayımlanır.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin