Azərbaycanda 16 yaşlı qız məktəb yoldaşından hamilə qaldı

Hazırda oxunan: Azərbaycanda 16 yaşlı qız məktəb yoldaşından hamilə qaldı

612177

Qubada 16 yaşlı gənc uşaq dünyaya gətirib.

Bizim.Media “oxu.az”a istinadla xəbər verir ki, rayonun Aşağı Xuc kənd sakini olan 2010-cu il təvəllüdlü N.B. 35 həftəlik doğuş sancıları ilə xəstəxanaya çatdırılıb.

Onun 9-cu sinif şagirdi olduğu və oxuduğu məktəbin digər şagirdindən hamilə qaldığı bildirilir.

Məlumata görə, hazırda ananın və körpənin vəziyyəti qənaətbəxşdir.

Hazırda polis tərəfindən istintaq araşdırmaları aparılır.

Məsələ ilə bağlı “oxu.az”ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirilib ki, bu hadisə bir daha göstərir ki, azyaşlılarla bağlı məsuliyyət məsələsinə birtərəfli yanaşmaq doğru deyil:

"Burada həm qız, həm də oğlan tərəfinin ailə mühiti, valideyn nəzarəti, məktəblə münasibəti və uşaqlar üzərində qurulan tərbiyə modeli mühüm rol oynayır. Xüsusilə də zorakılıq və hüquq pozuntusuna səbəb olan davranışların qarşısının alınmasında oğlan uşaqlarının düzgün tərbiyəsi, məsuliyyət hissinin formalaşdırılması və qadına, uşağa münasibətdə sağlam düşüncənin aşılanması vacibdir.

Uşaqların yalnız qız olduqları üçün "qorunmalı", oğlan olduqları üçün isə "sərbəst" böyüdülməsi gələcəkdə bu cür ağır nəticələrə gətirib çıxara bilir. Ailə daxilində nəzarət, məktəblə davamlı əlaqə, yeniyetmələrin davranış və münasibətlərinin vaxtında izlənməsi hər iki tərəf üçün eyni dərəcədə vacibdir.

Məsələnin hüquqi tərəfi aidiyyəti qurumlar tərəfindən araşdırılır. Amma cəmiyyət olaraq qəbul etməliyik ki, azyaşlıların həyatına təsir edən belə hadisələrin qarşısını yalnız bir tərəfi günahlandırmaqla deyil, ailə, məktəb və ümumi sosial məsuliyyəti birlikdə gücləndirməklə almaq mümkündür".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin