Netanyahunun ABŞ-dan İranla bağlı tələbi ÜZƏ ÇIXDI

Hazırda oxunan: Netanyahunun ABŞ-dan İranla bağlı tələbi ÜZƏ ÇIXDI

612149

İsrailin Baş naziir Benyamin Netanyahu ABŞ administrasiyasına İranın nüvə proqramının dayandırılması ilə bağlı razılaşmaların kifayət etmədiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Mənbələrin sözlərinə görə, İsrail İranla müharibənin mümkün növbəti eskalasiya variantlarını da müzakirə edib. Bildirilir ki, bu ssenarilər arasında enerji obyektlərinə zərbələr endirilməsi ehtimalı da yer alır.

Məlumatda həmçinin qeyd olunur ki, İsrail tərəfi danışıqlar prosesinin uzadılmamalı olduğunu vurğulayıb.
 

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket və dron hücumları təkcə İsraili və ABŞ hərbi obyektlərini deyil, eyni zamanda bir sıra region ölkələrini hədəf alıb.


Aprelin 8-də isə ABŞ və İran arasında 2 həftəlik atəşkəs əldə olunub. Tərəflər arasında ilk görüş aprelin 11-də İslamabadda keçirilsə də, bu müzakirələrdən hər hansı yekun nəticə hasil olmayıb.

Aprelin 13-dən etibarən ABŞ Hörmüz boğazını blokadaya almağa başlayıb. Aprelin 17-də İran Hörmüz boğazını açsa da, cəmi bir gün sonra SEPAH boğazın yenidən bağlandığını elan edib. Blokada hələ də davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin