Rusiyada YENİ QAYDA - "Porsche" sürənlə "Lada" sürən eyni pul ÖDƏYƏCƏK

Hazırda oxunan: Rusiyada YENİ QAYDA - "Porsche" sürənlə "Lada" sürən eyni pul ÖDƏYƏCƏK

612152

Rusiyada “İcbari Avtomobil Sığortası” çərçivəsində avtomobillərin təmir qiymətləri ilə bağlı diqqətçəkən statistika açıqlanıb.

Bizim.Media xəbər verir ki, "İzvestiya"nın yaydığı məlumata görə, Rusiya AvtoSığortaçılar Birliyinin məlumatları əsasında aparılan hesablamalarda Porsche və Lada markalarının qəza sonrası təmir işləri üçün normo-saat qiymətinin eyni olduğu müəyyən edilib.
 

Məlumata görə, Moskvada həm Lada, həm də Porsche avtomobillərinin bir saatlıq təmir işi 900 rubl olaraq hesablanır. Eyni tarif Geely, Land Rover, Infiniti, Haval, Tank, Jetour, Cadillac, Jaecoo, Jeep, Dodge, Honda, Opel, Citroen və Volvo markalarına da tətbiq edilir.


Ən yüksək təmir tarifləri isə Mazda üçün 960 rubl, Toyota üçün 980 rubl, BMW, Audi, Mercedes-Benz və Lexus üçün isə 1000 rubl müəyyən olunub.

Qeyd edilir ki, bu rəqəmlər Rusiya Mərkəzi Bankının qəbul etdiyi Bərpa təmiri xərclərinin müəyyənləşdirilməsi üzrə vahid metodika əsasında hesablanır. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin