Bu göyərtini qida rasionuna daxil edin – Sizi allergiyadan XİLAS EDƏCƏK

Hazırda oxunan: Bu göyərtini qida rasionuna daxil edin – Sizi allergiyadan XİLAS EDƏCƏK

612151

Yazın gəlməsi ilə birlikdə polen mənşəli allergiyalar da yenidən bir çox insanın kabusuna çevrilib.

Bizim.Media "Sabah" a istinadla xəbər verir ki, davamlı asqırma, gözlərdə qaşınma, burun axması və halsızlıq kimi şikayətlər gündəlik həyat keyfiyyətini aşağı salır, bunu aradan qaldırmaq üçün bir çox insan təbii vasitələrə üz tutur.

Bəzi göyərtilər tərkibindəki güclü antioksidantlar və təbii antihistamin xüsusiyyətləri sayəsində allergiya əlamətlərini yüngülləşdirməyə kömək edə bilir.
 

Bəzi mütəxəssislər buna görə tərə yeməyi tövsiyə edirlər. Belə ki, tərə yüksək miqdarda C vitamini, antioksidantlar və təbii bitki komponentləri ehtiva etdiyi üçün immun sistemini gücləndirən göyərtilər arasında yer alır.


Xüsusilə yaz aylarında ortaya çıxan polen mənşəli allergiyalara qarşı təsirli hesab olunur. Tərə istehlakı histamin mənşəli reaksiyaların təsirini azaltmağa kömək edərkən, burun axması, asqırma və gözlərdə qaşınma kimi əlamətlərin yüngülləşməsinə dəstək ola bilər.

Bundan əlavə, antioksidant xüsusiyyətləri sayəsində tənəffüs yollarını rahatlaşdırıcı təsir göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin