Türkiyə Super Liqasında XXXIII tura yekun vurulub.
Bizim.Media “apasport.az”a istinadla xəbər verir ki, turun bütün matçları eyni vaxtda start götürüb.
Keçirilən oyunlardan sonra həm çempionun, həm də digər mükafatçıların adına aydınlıq gəlib.
“Qalatasaray” “Antalyaspor”la qarşılaşıb. Görüş “sarı-qırmızılılar”ın 4:2 hesablı qələbəsi ilə nəticələnib. Komanda bununla da, tarixində 26-cı dəfə Türkiyə çempionu olub.
“Fənərbaxça” səfərdə “Konyaspor”dan üstün olub - 3:0. “Sarı-lacivərdlilər” bu nəticə ilə növbəti dəfə ölkə ikincisi olub.
“Trabzonspor” isə “Beşiktaş”ı məğlub edib - 2:1. Qara Dəniz təmsilçisi bürünc medallara sahib çıxıb.
Türkiyə Super Liqası
XXXIII tur
“Qalatasaray” - “Antalyaspor” 4:2
“Beşiktaş” - “Trabzonspor” 1:2
“Konyaspor” - “Fənərbaxça” 0:3
“Alanyaspor” - “Kayserispor” 3.1
“Göztepe” - “Qaziantep” 1:1
“Kocaelispor” - “Karagümrük” 0:1
“Başakşehir” - “Samsunspor” 3:0
“Gençlerbirliyi” - “Kasımpaşa” 3:2
“Eyüpspor” - “Rizespor” 4:0
Bizim.Media

- A-
- A
- A+
İdman
23:25 / 09.05.2026
“Qalatasaray” 4-cü dəfə Türkiyə çempionu OLDU
Hazırda oxunan: “Qalatasaray” 4-cü dəfə Türkiyə çempionu OLDU
Hazırda oxunan: “Qalatasaray” 4-cü dəfə Türkiyə çempionu OLDU
612237
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































