İran DÇ-2026-da iştirakla bağlı şərtlərini AÇIQLADI

Hazırda oxunan: İran DÇ-2026-da iştirakla bağlı şərtlərini AÇIQLADI

612205

İran Futbol Federasiyasının prezidenti Mehdi Tac ölkənin milli komandasının 2026-cı il dünya çempionatında iştirak edəcəyini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, onun sözlərini "RMC Sport" portalı sitat gətirib.
 

"Biz turnirdə iştirak edəcəyik, lakin öz əqidəmizdən, mədəniyyətimizdən və prinsiplərimizdən əl çəkməyəcəyik. Heç bir xarici qüvvə İranı layiqincə vəsiqə qazandığı yarışlarda iştirakdan məhrum edə bilməz", — deyə o bildirib.


Eyni zamanda, İran bir sıra şərtlər irəli sürüb. Söhbət vizaların verilməsindən, heyətə, İran bayrağına və dövlət himninə hörmətlə yanaşılmasından gedir.

Tehran həmçinin hava limanlarında, otellərdə və komandanın oyun keçirəcəyi stadionlara gedən marşrutlar boyu yüksək səviyyəli təhlükəsizlik tələb edib.

Qeyd edək ki, dünya empionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. İran Özbəkistanla 2:2 hesablı heç-heçə edərək DÇ-2026-ya vəsiqə qazanıb və G qrupuna düşüb.

Milli komanda burada Belçika, Misir və Yeni Zelandiya yığmaları ilə qarşılaşmalıdır. Komandanın hər üç oyunu ABŞ ərazisində keçirilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin