Cəlilabad rayonunun Xanılı kəndində yerli fermerə məxsus yem anbarında güclu yanğın baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qadir Mirzəyevə məxsus ümumi sahəsi 456 kvadratmetr olan anbarda saxlanılan 30 ton ot presinin 20 tonu yanaraq yararsız hala düşüb, lakin 10 tondan bir qədər artıq hissə və anbarın təxminən 70 kvadratmetrlik sahəsi mühafizə olunub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad bölməsinin 3 yanğınsöndürmə texnikası və əlavə 3 sudaşıyan avtomobil cəlb edilib.
Küləkli hava şəraitinə baxmayaraq, yanğının yayılmasının qarşısı operativ şəkildə alınıb.
Yanğın nəticəsində anbarın tikili konstruksiyasına da ciddi ziyan dəyib.
Hazırda ərazidə soyutma işləri aparılır və yanğının başvermə səbəbi araşdırılır.




Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:15 / 09.05.2026
Fermerin 20 ton ot pressi yandı - FOTO/VİDEO
Hazırda oxunan: Fermerin 20 ton ot pressi yandı - FOTO/VİDEO
Hazırda oxunan: Fermerin 20 ton ot pressi yandı - FOTO/VİDEO
612215
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































