Prezident və birinci xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış oldular - FOTOLAR

Hazırda oxunan: Prezident və birinci xanım Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış oldular - FOTOLAR

612184

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının binasının tikintisi ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına və birinci xanıma görülmüş və nəzərdə tutulan işlər barədə məlumat verdi.

Qeyd edək ki, bu xəstəxana binasının təməli Prezident İlham Əliyev tərəfindən 2021-ci ildə qoyulub.

Ərazisi 5 hektara yaxındır. Xəstəxanada terapiya, cərrahiyyə, pediatriya, doğum, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək.

Bundan başqa, poliklinika, şüa-diaqnostika, funksional-diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, klinik diaqnostika laboratoriyası yaradılacaq.

Hazırda əsas bina ilə yanaşı, yoluxucu xəstəliklər, hemodializ və poliklinika korpusları, təcili tibbi yardım stansiyası, həmçinin Cəbrayıl Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və digər binaların inşası davam etdirilir.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin