Cəbrayıl rayonun Şükürbəyli kəndinə ümumilikdə 2 522 nəfərin (615 ailə) köçürülməsi nəzərdə tutulur.
Bizim.Media xəbər verir ki, bu barədə mayın 9-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya Şükürbəyli kəndində inşa edilmiş fərdi evlərdə yaradılmış şəraitlə tanış olarkən məlumat verilib.
Qeyd olunub ki, kəndə rayonun Şıxalıağalı, Dəjəl kəndlərinin və Mahmudlu qəsəbəsinin sakinləri də daxil olmaqla, ümumilikdə 2522 nəfərin (615 ailə) köçürülməsi planlaşdırılır.
İlkin mərhələdə 635 fərdi ev istifadəyə verilib. Onlardan 615-i sakinlər, 20-si isə xidməti istifadə üçündür. Evlər 2, 3, 4 və 5 otaqlıdır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:37 / 09.05.2026
Şükürbəyliyə köçürüləcək ailələrin sayı AÇIQLANDI
Hazırda oxunan: Şükürbəyliyə köçürüləcək ailələrin sayı AÇIQLANDI
Hazırda oxunan: Şükürbəyliyə köçürüləcək ailələrin sayı AÇIQLANDI
612182
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































