Almaniyanın “Haydenhaym”ı klubunun baş məşqçisi Frank Şmidt mövsümün sonunda komandadan ayrılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə 2-ci bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
52 yaşlı mütəxəssis başa çatan müqaviləsini yeniləməmək qərarına gəlib. Beləliklə, onun 2007-ci ilin sentyabrından davam edən “Haydenhaym”dakı fəaliyyəti başa çatacaq.
Şmidt ayrılmaq qərarını məşqçilik fəaliyyətinə fasilə vermək istəyi ilə əlaqələndirib.
“Son həftələrdə qərara gəldim ki, seçim etməyin vaxtıdır. “Haydenhaym”da baş məşqçi kimi təxminən 20 ildən sonra yayda sadəcə fasilə vermək istəyirəm. Diqqətimi yalnız bu mövsümün sonuna qədər komandamızla mümkün olan ən yaxşı nəticəni əldə etməyə yönəldəcəyəm.
Birlikdə Almaniya futbolunda unikal tarix yazmışıq. Amma sonuncu fəsil hələ bitməyib. Qarşıdakı dövrü səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Frank Şmidt “Haydenhaym”ı 2007-ci ildən çalışdırır. Həmin vaxt 4-cü liqada mübarizə aparan kollektiv ötən mövsüm bundesliqadan 2-ci bundesliqaya düşüb.
Şmidt Almaniyada bir klubda ən çox işləyən mütəxəssis kimi tarixə düşüb.
Bizim.Media

- A-
- A
- A+
İdman
03:42 / 07.11.2026
Baş məşqçi 20 ildən sonra klubdan gedir
Hazırda oxunan: Baş məşqçi 20 ildən sonra klubdan gedir
Hazırda oxunan: Baş məşqçi 20 ildən sonra klubdan gedir
646436
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































