Çempionlar Liqası: "Sabah"ı Norveçdə 200 azarkeş dəstəkləyəcək

Hazırda oxunan: Çempionlar Liqası: "Sabah"ı Norveçdə 200 azarkeş dəstəkləyəcək

645515

"Sabah" komandasını Norveçdə "Vikinq"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda 200-dək azarkeşin dəstəkləyəcəyi gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov yayıb.

O, bu gün çarter reysi ilə Stavanger şəhərinə yollanacaqlarını söyləyib:
 

"Saat 15:00-da Norveçə yollanacağıq. Komandanı 200-dək azarkeşin dəstəkləyəcəyi gözlənilir. Oyun gününüdək bu say dəyişə bilər. Bizə olunan müraciətlər təxminən 200 civarındadır".


Xatırladaq ki, "Vikinq" - "Sabah" oyunu noyabrın 4-dən 5-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin